Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən
Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən, Ümidi-vəsli ilə bu diyarə gəldim mən.
Visalı döndü mənə oldu axırı hicran, Yəqin ki, çeşmi-bədi-ruzigarə gəldim mən.
Nəkarəyəm, nəçiyəm, badə ilə sadəm yox, Özüm də bilməyirəm kim, nə karə gəldim mən.
Nə ahü zar idi bu, bir gülün fərağında, Əlindən, ey dili-xungəştə, zarə gəldim mən.
Sizi tarı mənə bu dəmləri verin fürsət, Şikayətə bu dəri-şəhryarə gəldim mən.
Münəccim etdi nəzər bəxtimin sitarəsinə, Onun təsəvvürünə bəxtiqarə gəldim mən.
Yetişdi qətrələr ol bəhri-vəhdətə, Seyyid, O bəhrdə dür idim, gör, kənarə gəldim mən.