Əsas məzmuna keç

Qəzəl

Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın

Məhəmməd Füzuli

1

Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın, Qaçıb bir dağə çıxdı kuhkən, qurtarmağa canın.

Buraxmış itlərinə parə-parə könlümü ol məh, Üləşdirmiş, kəsib ərbabi-istehqaqə qurbanın.

Mənim çaki-giribanım görüb eyb eyləməz ol kim, Görər sərməst çıxdıqda onun çaki-giribanın.

Könül qəm həmdəmidir, qanın, ey göz mərdümi, içmə, Bilirsən qanə qandır, qəm sənə qoymaz onun qanın.

Gözün kim, guşeyi-mehrab tutmuş din qılır yəğma, Bu mülkün etmək olmaz fərq kafirdən müsəlmanın.

Gözüm mərdümləri çoxdan qılırlar də’viyi-eşqin, Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın.

Füzuli, çəkmə yarın oxların hər ləhzə yarəndən, Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın?

Lüğət: Kuhkən – Fərhad; dağçapan; Ərbabi – yəqin – yəqinlik sahibləri, elm ilə yəqin mərtəbəsinə atanlar; Mərdüm – göz giləsi; xalq, camaat

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.