Əsas məzmuna keç

Qəzəl

Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü

Seyid Əzim Şirvani

1

Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü, Kurdir hüsnün şüasından Sürəyyanın gözü.

Zahidi-kəcbin nə bilsin arizin əsrarını, Feyz aparmaz gül tamaşasından əmanın gözü.

Dil edər naqustək fəryad dərdi-hicrdən, Sən ki, çıxdın dışraya, çıxdı kəlisanın gözü.

Canuva canlar fəda kim, sənsən ey tərsa-beçə Məryəmin canı, Məsihin ruhu, İsanın gözü.

Bəs ki etmiş ruzü şəb, ey tifl, fikri-qamətin, Görməyir bir hərf əlifdən qeyri mollanın gözü.

Ənbəri-sarayə meyl etməzdi, ey ahunigah, Zülfi-müşkinin əgər görsəydi Saranın gözü.

Seyyida, müşkül qalır ol mahi-nurəfşantək – Kim, qalıbdır ol hilaləbrudə dünyanın gözü.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.