Görməyən hüsnüvü, ey gül, nə bilir eşq nədir
Görməyən hüsnüvü, ey gül, nə bilir eşq nədir, Eşqi əks etmək üçün lalə üzün ayinədir.
Aşiq oldum səni görcək hamıdan göz yumdum, Meylim, eşqim, həvəsim, sevgilim, ancaq sənədir.
Göz önündən keçə yüz qəmzəli minlərcə gözəl, Baxmaram, bilmərəm onlar nəçidir, ya ki nədir.
Günü məğlub edənə Ay özü təslim olacaq, Gözəlim Şəmsü Qəmər hüsnüvün ovsafinədir.
Yetmədim kamə, könül, aləmi surətdə ikən, İndi mənalı fəza seyrinə çıxmaq günüdür.
Qoy Fəzai desin aləm sənə bundan sonra, Nə şəfa verdi Şəfai sənə yetmiş sənədir.