Görməsəm hər göz açanda ol güli-rə’na üzün
Görməsəm hər göz açanda ol güli-rə’na üzün, Göz yumunca əşki-gülgunim tutar dünya üzün.
Gərçi kafərsən sənə, ey büt, yetər ol əcr kim, Rəğıbətin meyxanədən döndərdi yüz tərsa üzün.
Pərdeyi-çeşmimdə nəqşi-cövhəri-tiğin sənin, Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün.
Olma, ey səhranişin qafil, degil hər su sərab, Mövci-əşki-çeşmi-Məcnundur tutan səhra üzün.
Yadi-rüxsarilə ol mahın gözüm qan-yaş tökər, Hər görən saətdə xurşidi-cahanara üzün.
Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən, Bunca həm göstərmə fəqr əhlinə istiğına üzün.
Ey Füzuli, dudi-ahim tirə eylər aləmi, Görməsəm bir ləhzə ol mahi-mələksima üzün.
Lüğət: Gülgun – gül rəngli, gül üzlü; Təhrik – hərəkət vermə, tərpənmə; Sərab – miraj; İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik; Tirə – qaranlıq, tutqun