Əsas məzmuna keç

Qəzəl

Görmək istər yüzini eşq ilə can şimdidən

Şah İsmayıl Xətai

1

Görmək istər yüzini eşq ilə can şimdidən. Ey aəri, vəsl ilə qılgil dərdə dərman şimdidən.

Zahidi-gümrahə güstər yüzin, ey nuri-ilah, Ta kim, ol kafər gətürsün həqqə iman şimdidən.

Ğəmdə zülfin tək pərişan oldu ol nikbət rəqib, Yüz səadət bəndəyə görsətdi dövran şimdidən.

Tifl ikən dilbər dilər kim, rəf’ edə yüzdən niqab, Zərrəni gör kim, olur xurşidi-taban şimdidən.

Ey Xətayi, fikri-bikrin eylədin əş’arə sərf, Dutdu ürfan məclisin dəftərlə divan şimdidən.

Lüğət: Vəsl – qovuşmaq; Nuri – rəhman – ilahi nur; Nikbət – fəlakət, bədbəxtlik; Niqab – üz örtüyü; Xurşid – günəş; Taban – parlaq; Ürfan – mistika, bilik, Allahı anma

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.