Əsas məzmuna keç

Qəzəl

Görklü üzün nurundan aləm münəvvər oldu

İmadəddin Nəsimi

1

Görklü üzün nurundan aləm münəvvər oldu, Şirin sözün qatında şəkkər mükərrər oldu.

Dodaqların sifatın hər kim gətirdi dilə, Şol saət ol şirin söz ağzında şəkkər oldu.

Mişkin saçın qubarı yoldaş olalı yelə, Cənnət kimi cahanın torpağı ənbər oldu.

Zülfün qaranğusına yol istər idi könlüm, Üzün çırağı ana lütf ilə rəhbər oldu.

Şol uyxulu gözündən qopdu məgər qiyamət, K’afaq* fitnəsindən pürşurü pürşər oldu.

Yalançı müddəinin at qəlbini ocağa, Aşiqdir ol kişi kim, kamilməhək zər oldu.

Torpaq olanı sanma kim, düşə qiymətindən, Torpaq olan Nəsimi gör kim, nə cövhər oldu.

Lüğət: Münəvvər – Nurlu; Şol – O; Qubar – Toz; Zər – Qızıl

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.