Əsas məzmuna keç

Qəzəl

Görəsən kim nə imiş hörməti-səhbayə səbəb

Seyid Əzim Şirvani

1

Görəsən kim nə imiş hörməti-səhbayə səbəb Ki, həram etdi bu can cövhərini Şahi-Ərəb.

Məstlikdir səbəbi-hürməti gər səhbanın, Qeyri-səhba dəxi bu məstligə çoxdu səbəb.

Var ümidim ki, nəsibi ola abi-kövsər, Rəznişanlıqda ki, dehqan bu qədər çəkdi təəb.

Meyvəsi oxşamasaydı ləbinə dildarın, Bağban əkməz idi bağdə bir nəxli-rütəb.

Ürəgim qan, sirişkim meyi-gülgunə dönər, Ləbi-innabinə hərdəm ki, dəgə mai-ənəb.

Udü səndəl nə gərək, nəkhəti-zülfün xoşdur, Gülrüxüm mən degiləm dəhrdə həmmali-hətəb.

Seyyida, qoymaz idi şaxi-gül üstə qədəmin, Bülbüli-məstdə olsaydı əgər rəsmi-ədəb.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.