Əsas məzmuna keç

Qəzəl

Görək meydən nə fitnə oldu hadis

Seyid Əzim Şirvani

1

Görək meydən nə fitnə oldu hadis Ki, zahid söylədi ümmülxəbais?!

Kəmali-cəhli gör kim, söyləmişlər: Olur mey fitneyi-ürfanə bais.

Şəfaətdən olum üqbadə məhrum, Əgər bunlarsa elmi-şərə varis.

Ərəqlə badədir ol iki cövhər Ki, yoxdur onlara dünyadə salis.

Biçərsən məzrəi-üxradə, zahid, Nə töxmə olmusan əvvəldə haris.

Fəsad əhli qoyub adın müfəssir, İnad əhli özün söylər mühəddis.

Dəhən şövqilə, gər, yox etdi varın, Olur hər nüktəyə Seyyid mübahis.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.