Əsas məzmuna keç

Qəzəl

Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir

Şah İsmayıl Xətai

1

Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir, Manəndi yoxdur hüsninin, qiymətlü bir dürdanədir.

Pəndü nəsihət dutmadın neyçün könül verdin ona, Billah, cəzadır, ey könül, hicran oduna yanədir.

Yüzün çü mahi-bədrdir, yəldası zülfindir sənin, Aşiqləri məst eyləyən lə’li-ləbin peymanədir.

Yüz gösətərübən aləmə neyçün açırsan vəchini? Dilbər yüzi fitnə degil, sor, ey könül, aya nədir?

Ol dilbərin rüxsarinə verdi Xətayi könlüni, Ah ilə tab oldu işim, ol şəm’inə pərvanədir.

Lüğət: Manənd – bənzər, tay; Pənd – nəsihət; Bədr – bütöv ay; Peymanə – qədəh, piyalə; Vəch – səbəb, üz; Tab – güc, qüvvət, işıq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.