Gördüm üzünü, ey sənəm, əlminnətülillah
Gördüm üzünü, ey sənəm, əlminnətülillah, Fərz oldu mana kim, deyəm əlminnətülillah.
Təqdiri-əzəl bəxtlə yar olduvü gəldi, Tədbiri-müxalif ədəm, əlminnətülillah.
Məhbub ilə çün dövləti-vəsl oldu müyəssər, Cəmşidi-zaman uş mənəm əlminnətülillah.
Birikdi zəfər fəth ilə, çalındı bəşarət, Gəldi fərəh, uş getdi qəm əlminnətülillah.
Bəxtim günəşi doğduvü iqbal ilə gəldi Şol şahi-səadətələm əlminnətülillah.
Zülmətdə bu gün çeşmeyi-heyvana irişdi Şol Xızri-Skəndərhəşəm əlminnətülillah.
Zülfün xəbərin vardı, səba gör nə gətirdi, Şol qasidi-fərruxqədəm əlminnətülillah.
Qıldı yenə aşiqlərinə lütfü inayət, Şol adəti daim kərəm, əlminnətülillah.
Şol Kə’bə, cənabın qapısı dövlətü bəxtə, Gör kim, necə oldu hərəm əlminnətülillah.
Ey şadiyə möhtac olan, ey rahətə müştaq, Gəlgil ki, tükəndi ələm əlminnətülillah.
Ruhülqüdüsün nəfxəsidir nitqi-Nəsimi, Həq der ki, yenə dəmbədəm əlminnətülillah.
Lüğət: Müxalif – Düşmən; Şol – O; Müştaq – Həvəskar