Əsas məzmuna keç

Qəzəl

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı

Məhəmməd Füzuli

1

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı, Sayə tək bir yerdə durmağa qərarım qalmadı.

Bir gün olmaz təl’ətin görmək müyəssər, ah kim, Zərrəcə ol gül yanında e’tibarım qalmadı.

Pak qıldı surətimdən zə’f dəhr ayinəsin, Öylə məhv oldum ki, bir zərrə qübarım qalmadı.

Qəm günü həmdəmlərim qərq oldular göz yaşinə, Silməyə göz yaşimi bir qəmküsarım qalmadı.

Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb, Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.

Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi, Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.

Ey Füzuli, el qamu əğyarım oldu yar üçün, Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.