Əsas məzmuna keç

Qəzəl

Gördüm ki, gəlir təngə nigarım, səfər etdim

Seyid Əzim Şirvani

1

Gördüm ki, gəlir təngə nigarım, səfər etdim, Sevdalərə saldım başımı, tərki-sər etdim.

Asudə ola bir neçə gün nazlı nigarım, Əlmas basıb bağrıma vəzi-nəzər etdim.

Avarə düşüb cənnəti-kuyindən o hurün, Öz mənzilimi göz görə nari-səqər etdim.

Çox müşkül idi keçməgim ol cənnəti-kudən, Canımı tutub gör dişə, ey dil, cigər etdim.

Ta olmaya qeyrin gözünə sürmeyi-rövşən, Xaki-səri-kuyinə töküb əşk, tər etdim.

Çox gecələri zəmzəmeyi-yar ilə, ey dil, Guşi-fələki-şöbədəpərdazı kər etdim.

İncitdi fəğanım gecələr əhli-diyarı, Ta bir neçə gün əzmi-diyari-digər etdim.

Verdim dilü can nəqdini, aldım qəmi-eşqi, Fikr etmə bu sevdadə ki, Seyyid, zərər etdim.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.