Əsas məzmuna keç

Qəzəl

Gördükdə səni çəkdi xəcalət güli-xəndan

Məhəmməd Füzuli

1

Gördükdə səni çəkdi xəcalət güli-xəndan, Guya ki, öz gəlməyinə oldu peşiman.

Ayrılsa tikandan gül, edər sinədə məskən, Əğyarə yaxın düşmə, gülüm, qıl həzər ondan.

Gülşəndə gülün köynəyi qanə niyə batsın, Ey xar, məgər bülbülə nəştərmi vurursan?

Qönçə açılar badi-səbanın nəfəsindən, Naseh, nəfəsin etdi yanan qəlbimi suzan.

Sədparə könül zahir olar sinəmi yarsam, Hali-dilim olsun niyə çün qönçə nümayan.

Göstərdin o gül çöhrəni, ver kam ləbindən, Gül dövrü gərək işrətə məşğul ola insan.

Qarət edib ol qəmdə Füzuli dilü dini, Əfğan, yenə ol kafəri birəhmdən, əfğan!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.