Gördü məhrəm məni ol sevgili cananə çıraq
Gördü məhrəm məni ol sevgili cananə çıraq, Rəşkdən saldı məni atəşi-suzanə çıraq.
Od içində görünən riştə işarətdir edir, Mahi-rüxsar ilə ol zülfi-pərişanə çıraq.
Sinəmi dağladın, ey lalə rüxüm, vəsl günü Ki, ola aşiq üçün ta şəbi-hicranə çıraq.
Rəhi-eşqindəki hicran gecəsindən nə qəmim, Bərqi-ahim edər öz nurunu hər yanə çıraq.
Umma varlıq, gözəlim, vəslinə yetcək məndən, Sübhsən sən, alışan bu dili-divanə çıraq.
Şölədən qeyrinə meyl etmədiyindən, sənsiz, Salır öz əksini bu dideyi-giryanə çıraq.
Yandı pərvanə mənim halıma, vaqif edəcək Onu qəlbimdəki bu atəşi-pünhanə çıraq.
Mehri-ruyindən uzaq nəm çəkərək çeşmimdən, Gecələr var səbəbi gər düşə nöqsanə çıraq.
Daməni-şəmi tutub xəlvətə çək, ey fanus, Bu gecə olmuş o məhru bu şəbistanə çıraq.
Ey Füzuli, edəməz xanəmi rövşən qəmdə, Gecələr dönsə də gər mehri-dirəxşanə çıraq.