Əsas məzmuna keç

Qəzəl

Görcək o gülü bağı-gülüstanı itirdim

Məhəmmədəli Şəfai

2

Görcək o gülü bağı-gülüstanı itirdim, Sərgəştə qalıb rahi-biyabanı itirdim.

Bir xəndəi-şəkkərlə alıb canımı getdi, Cananə baxın, onu görüb canı itirdim.

Dami-teli-zülfə ilişib bülbüli-könlüm, Seyri-çəmənü abü hava danı itirdim.

Vəqta ki, təmə etdim o durdanei-xalə, Adəm kimi ol rövzəi-rizvanı itirdim.

Hər kəs səni görcək itirib dini-təriqin, Mən dini fəramuş edib imanı itirdim.

Bir busə üzündən mənə versəydi nigarım, Heç bilməz idim ki, bunu, ya anı itirdim.

Meyxanədə xəlq ömri-əməl tapdı Şəfai, Mən sovməədə ömrü edib fani, itirdim.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.