Əsas məzmuna keç

Qəzəl

Gögdəki mahin liqası dust didarındadır

Şah İsmayıl Xətai

1

Gögdəki mahin liqası dust didarındadır, Afitabın yüzi ol xurşid rüxsarındadır.

Vəsl ümidinə gəzər miskin könül, olmaz həlak, Yoxsa çox hicran bəlası çeşmi-bimarındadır?

Ahu tək aşiqlərin könlün neçün seyd etməsün, Ol qədər kirpik oxu kim, çeşmi-xunxarındadır.

Aqibət tufan qopar, bir gün cahanı qərq edər, Seyli-baran kim, bu aşiq çeşmi-xunbarındadır.

Bu Xətayi şe’rinə münkir nədənsən, zahida? Atəşi-eşqin nişanı odlu göftarındadır.

Lüğət: Xurşid – günəş; Vəsl – qovuşmaq; Çeşmi – giryan – ağlar göz; Seyd – ov; Çeşm – göz; Baran – yağış; Münkir – inkar edən, danan

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.