Əsas məzmuna keç

Qəzəl

Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü

Məhəmməd Füzuli

1

Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü, Əşkdir xali qılan qan ilə dolmuş könlümü.

Ey pərivəşlər, cəfa rəsmin unutmın, lütf edin, Eyləmin bədxu cəfa mö’tadı olmuş könlümü.

Və’deyi-vəsl ilə, ey gülrüxlər, etmin müztərib, Möhnəti-hicran ilə aram bulmuş könlümü.

Xəncəri-bidad ilə hər dəm görər zəxm üzrə zəxm, Hiç bir dəm görmədim onmuş, onulmuş könlümü.

Payibəndi-lütf olub, bir yerdə sakin bulmadım Dəşti-heyrətdə tərəddüddən yorulmuş könlümü.

Simbərlərdən gələn daşları yığmış çevrəmə, Eşq mə’mur eyləmək istər pozulmuş könlümü.

Hər zaman bir atəşinrüxsar sevdasın çəkər, Ey Füzuli, gör bu odlarə urulmuş könlümü.

Lüğət: Müztərib – iztirablı, narahat. N; Zəxm – yara

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.