Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər
Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər, Olub mö’min, behişti, kafərəm, gər arizu eylər.
Məgər divanədir sevdayi-əbrusilə zahid kim, Baxıb mehrabə daim, öz-özilə göftgu eylər.
Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdən Və ya peykanların kim, atəşi-dil onu su eylər.
Rəhi eşqində olman təngdil sevda hücumundan, Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər.
Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?” Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylər!”
Füzuli zülfünə bağılandı, əmma öylə incəldi Ki, guya zə’f onu həm zülfünə bir tari-mu eylər.
Lüğət: Müğ – atəşpərəst; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam