Girdbadın tozu, ey məh, demə örtüb bədənim
Girdbadın tozu, ey məh, demə örtüb bədənim, Oynadır torpağı da naləmin ahəngi mənim.
Ehtiyac yox gətirim üzr bu risvalığıma, Töhmət etməz məni hüsnün görən, ey simtənim.
Olma mail bu sınıq könlümü incitməyə gəl, Səni incitməyə ta naleyi-beytül-həzənim.
Sən bir od parçası, mən xarü xəsəm, incimərəm Olmasa razı rəqibim ola kuyin vətənim.
Nə qədər sağdı könül inciməz, ey nazlı nigar, Dodağından can alıb, gözlərə can versə tənim.
Necə taledi bu ki, varlığımın tarlasına Hər nə əkdimsə, kədər-qüssə bitirdi çəmənim.
Gəzir əfğanla Füzuli səri-kuyin gecələr, Qapısında onu bir qul sana şirinsüxənim.