Gəzirkən kölgə kuyində məni rəşk etdi sərgərdan
Gəzirkən kölgə kuyində məni rəşk etdi sərgərdan, Səni görməkliyə onda göz olsaydı, verərdim can.
Deyildir toplanan peykan mənim bu qanlı çeşmimdə, O bir gəncinəyə yoldur, çıxıbdır odlu ləl ondan.
Əlimdə nəqd canım seyr edərkən itdi kuyində, Niyə tapşırmadım çeşmi-nigarə, olmuşam peşman.
Könül mülkü xarab oldu, onu abad qılmaqçün Mənə palçıq gərək, ver dürdi-mey, ey saqi-dövran.
Qəmi-eşqinlə öldüm, şükr ola Allaha kim, hərgiz O nazik təbinə, cana, əziyyət vermədim bir an.
Açıb hər ləhzə ağzın, ey sədəf, gəl bunca laf etmə, Varımdır gövhəri-əşkimdə, bax gör, min düri-qəltan.
Füzuli, sübhədək hər şəb işin ahü fəğan olmuş, Nola bir it hesab etsə səni kuyində ol canan.