Əsas məzmuna keç

Qəzəl

Gəzərdim telbətel zülfündə, mən də şanə olsaydım

Məhəmmədəli Şəfai

2

Gəzərdim telbətel zülfündə, mən də şanə olsaydım, Ləbündən kam alardım, can və ya peymanə olsaydım.

Yetib məqsudimə can tapşırardım, xaki-payündə Yanardım şəmeyi-rüxsarüvə pərvanə olsaydım.

Mənim də sındırardı kasəni, leylayi-iqbalım, Düşüb səhralara, Məcnun kimi divanə olsaydım.

Yanıb hicran oduna, ayrı düşməzdim vüsalündən, Rüxi-alündə xalın kimi bir danə olsaydım.

Həmişə adətin biganələrlə ülfət etməkdir, Yetərdim mən də kuyi-vəslüvə, biganə olsaydım.

Büküldü qamətim məsciddə zahid, səcdə etməkdən, Qocalmazdım, xədimi-dərgahi-meyxanə olsaydım.

Şəfai, başıma bunca bəla gəlməzdi aləmdə, Təriqi-eşqdə can verməyə mərdanə olsaydım.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.