Əsas məzmuna keç

Qəzəl

Gətir, gətir, gətir ol kaseyi-rəvanpərvər

İmadəddin Nəsimi

1

Gətir, gətir, gətir ol kaseyi-rəvanpərvər, Gətir, gətir, gətir ol çəngi, bir nəva göstər.

Verim, verim, verim öz canımı mən ol yara, Öpüm, öpüm, öpüm ol lə’li şəhdilə şəkkər.

Ləbin, ləbin, ləbinizdən əqiq oldu xəcil, Dişin, dişin, dişinizdən bəhanəsiz gövhər.

Sözün, sözün, sözünüzdən əridi qəndü nabat, Qaşın, qaşın, qaşınızdan dü kirpiginlə – cigər.

Məni, məni, məni qəmzən oxu bilə urdu Sənin, sənin, sənin ol cadu gözlərin yeksər.

Saçın, saçın, saçınızdan xətayi-mişk xəcil, Üzün, üzün, üzünüzdən tutuldu şəmsü qəmər.

Yəqin, yəqin ki, yəqindir Nəsimiyə, şəksiz, Həbib, həbib, həbibdir dilində kim, söylər.

Lüğət: Qəmər – Ay; Həbib – Dost, sevgili

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.