Əsas məzmuna keç

Qəzəl

Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana

Şah İsmayıl Xətai

1

Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana, Cövr bilmən kim, bəlayi-müntəha qaldı mana.

Ey pəri, çox işveyi-hüsninə məğrur olma kim, Mülki-fani sanmagil kim, nə sana qaldı, mana.

Ta kim, ol xurşidrux getdi gözümdən su təki, Göz yaşım anın yüzündən aşina qaldı mana.

Sən gedəndən bərlu anca zarü əfğan etmişəm, Yerü gög, insü mələk cümlə baxa qaldı mana.

Dilbərin getdi, Xətayi, sən nedirsən dünyəni? Çünki can getdi, bu tən, yarəb, niya1 qaldı mana.

Lüğət: Məhru – ayüzlü; Cövr – zülm; Bərlu – bəri; Tən – bədən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.