Əsas məzmuna keç

Qəzəl

Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana

Şah İsmayıl Xətai

1

Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana, Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mana.

Munca gəldim, mən gədayə hiç inayət qılmadın, Eşigində qıldığım dəsti-dua qaldı mana.

Müjdə gəldi dilsitanımdan ki, qətl oldu rəqib, Şükr kim, biganə getdi, aşina qaldı mana.

Anca kövkəb kimi yaş tökdi ğəmində gözlərim, Yer ilə, gög ilə Keyvan həm baxa qaldı mana.

Ey Xətayi, zülfi tək arındı yüzdən Zəngibar, Dilbəri-Çinü Xətən, xubi-Xəta qaldı mana.

Lüğət: Bəsi – çox; Yüküş – çox, bol; Cövr – zülm; Dəst – əl; Kövkəb – ulduz; Keyvan – Zühəl ulduzu, Saturn ulduzu

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.