Getdi əldən sənəmin sünbüli-mişkəfşani
Getdi əldən sənəmin sünbüli-mişkəfşani, Yenə dövr etdi pərişan məni-sərgərdani.
Öylə mö’tad olubam atəşi-hicranına kim, Görməsəm yandırar, əlbəttə, məni hicrani.
Gögdə ahim yeli söndürdü çirağın günəşin, Yerdə əşkim ayağa saldı düri-qəltani.
Göz bəyazinə çəkər lə’llərin surətini, Dəmbədəm xameyi-müjgan ilə bağrım qani.
Çıxdı can, kimsəyə izhar edə bilmən dərdim, Nedəyin1, ah, bu dərdin nə olur dərmani?
Ey sitəm daşını bidərdlərə zaye’ edən! Yapa gör bir neçə daş ilə dili-virani.
Versə can, yetməsə cananə, Füzuli, nə əcəb Hər kişi kim, sevər öz cani üçün canani.