Əsas məzmuna keç

Qəzəl

Gərəkdi kim, sala hal əhlini bəlayə fələk

Seyid Əzim Şirvani

1

Gərəkdi kim, sala hal əhlini bəlayə fələk, Verir həzar bəla mərdi-mübtəlayə fələk.

Əgər ki, bir-birinə mehriban ola iki kəs, Salar bəlavü qəmü firqəti arayə fələk.

Həmişə gərdişi kam əhlini edər nakam, Nə şahə kam verib, nə kəmin gədayə fələk.

Gərəkdi Yusifi Yəqubdən cüda qılsın, Diyari-Misrdə satsın kəmi-bəhayə fələk.

Həsədlə aşiqi məşuqdən cüda eylər, Keçirdi başını eşq əhlinin cidayə fələk.

Gülü əlindən alıb biqərar şüğl və leyk Gətirdi bülbüli-şeyda kimi nəvayə fələk.

Fələk cəfası bu gündə degil sənə, Seyyid, Əzəldə adət edib cövr ilə cəfayə fələk.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.