Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən
Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən, Tərki-ədəb etdin, nola düşsən nəzərimdən.
Xunin müjələrdirmi və ya mərdüm əlilə, Oxlar çəkilib, dişrə atılmış cigərimdən?
Hər badə ki, sənsiz içirəm bəzmi-bəladə, Xunab olub, əlbəttə, çıxar didələrimdən.
Seylabi-sirişkilə xoşam eşq yolunda, Xaşaki-təəllüq qoparır rəhgüzərimdən.
Daşlarə urub başımı, rüsva gəzər oldum, Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən.
Kəs mehrini, ey çərx, günəşdən, sənə hər sübh Bir şö’lə yetər atəşi-ahi-səhərimdən.
Seylabi-sirişk etdi məni qərqə, Füzuli, Ta dövr cüda qıldı büti-simbərimdən.
Lüğət: Gərd – toz; Əşk – göz yaşı; Xuni – qanlı, qatil; Mərdüm – göz giləsi; xalq, camaat; Bəzm – qonaqlıq, kef məclisi; Seylab – sel; Xaşak – çör-çöp; Sirişk – göz yaşı