Əsas məzmuna keç

Qəzəl

Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd

Seyid Əzim Şirvani

1

Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd, Tapmışam təsxirinə ahi-dilimdən bir kəmənd.

Olmuşam eylə nəhif ol nuşləb eşqində kim, Zəfdən çıxmaz nəfəs, neytək kəsilsəm bənd-bənd,

Ey dil, ol bidərdə izhar etmə dərdi-eşqi kim, Yüz desin, fəhm eyləməz, bidərdə dərdin dərdmənd.

Atəşin rüxsarın üzrə xali-hindulərmidir, Ya ki, dəfi-zəxmi-çeşmə məcmərə saldın sipənd?!

Giryeyi-biixtiyarım təlx edib ovqatımı, Bir açılmaz, halımı sormaz o ləli-nuşxənd.

Cam tutdum kim, tutub piri-müğanın pəndini, Kim deyir, divanələr tutmaz, könül, aləmdə pənd?

Bilmirəm məsciddən, ey Seyyid, nə gördün aqibət Kim, çəkib məsciddən əl, meyxanəni etdin pəsənd.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.