Gərçi hicrindən zəifü natəvan oldum yenə
Gərçi hicrindən zəifü natəvan oldum yenə, Pir ikən yüzünü gördüm, novcavan oldum yenə.
Dövri-hüsnindən günəş tək olmuş idim aşikar, Hicr səhrasinə düşdüm, binişan oldum yenə.
Aqil idim dünyada Leyli cəmalın görmədən, Eşq ilən Məcnun təki bixaniman oldum yenə.
Ta ki, asibi-fələkdən görməyə hüsnin zəval, Eşigində gecə-gündüz pasiban oldum yenə.
Bu Xətayinin dilində eşqiniz pünhan ikən Cümleyi-aləm dilində dastan oldum yenə.
Lüğət: Natəvan – gücsüz; Pir – qoca; Hicr – ayrılıq; Leyli – yelda – qışın ən uzun gecəsi; Hüsn – gözəllik; Zəval – bəla, məhv olma; Pasiban – gözətçi