Gərçi gün xoşdur, vəli rüxsarın andan yaxşıdır
Gərçi gün xoşdur, vəli rüxsarın andan yaxşıdır. Ay dəxi tabandurur, didarın andan yaxşıdır.
Nafeyi-müşki-Xötən gərçi müəttərdir, vəli, Ey sənəm, ol xali-ənbərbarın andan yaxşıdır.
Nəqşi-tavus istəmən, andan cəmalın yegdürür, Ləfzi-tuti dinləmən, göftarın andan yaxşıdır.
İstəmən firdövs bağinin güli-xoşbusini, Dünya bağında güli-rüxsarın andan yaxşıdır.
Bu Xətayi qatinə kim, qıldılar tə’rifi-müşk, Çin-bəçin ol zülfi-müşkinbarın andan yaxşıdır.
Lüğət: Vəli – ancaq, lakin; Didar – görüş, üz; Müəttər – ətirli; Nəqşi – üzar – üzün nəqşi; Çin – düz, doğru, qıvrım