Əsas məzmuna keç

Qəzəl

Gərçi eynimdən, nigara, surətin pünhan degil

İmadəddin Nəsimi

1

Gərçi eynimdən, nigara, surətin pünhan degil, Firqətindən yanaram kim, vəslilə həmsan degil.

Ey könül, nadan qatında razını faş eyləmə, Əhli-irfandır bu razın məhrəmi, nadan degil.

Cəhlini rəf’ eylə, ey zahid, Allahı tanı kim, Cəhl imiş, cəhl ol mərəz kim, qabili-dərman degil.

Nəfsini öldürməyən gər Bijənü Söhrab isə, Pəhləvan olmaz adı, həm Rüstəmi-dəstan degil.

Ey könül, darüssəlamı dünyanın ləzzatına Satma kim, şol bisəbatın dövrü cavidan degil.

Xızr ilə Isa, nigara, buldu vəslindən həyat, Lə’lini kimdir deyən kim, çeşmeyi-heyvan degil?

Həq sevər xubu, nə mə’nidən mən anı sevməyim, Sevməyən şol nəsnəyi kim, həq dedi, insan degil.

Surətin eşqi kimin kim, qılmadı canında kar, Şol gəzən cismindəki mə’nidə cindir, can degil.

Gərçi asandır der, ey can, eşqini hər bixəbər, Kim ki şol sevdaya düşdü, bildi kim, asan degil.

Arizumənd oldu könlüm vəslinə yarın, vəli Buyruğu təqdirə keçməz, hökmünə fərman degil.

Eşq ilə meydana möhkəm ər gərəkdir kim, girə, Hər hünərsiz hümmətisüstün yeri meydan degil.

______________________Milli Kitabxana_______________________

Ey ki, sultan olmaq istərsən fəqir ol kim, yəqin Kim ki, sultan oldu dərviş olmadı, sultan degil.

Gərçi yegrəkdir vəfadan səndən, ey dilbər, cəfa, Sən vəfalısan, vəfa qıl kim, cəfa çəndan degil.

Ey mənə hərdəm deyən kim, baxma xubun üzünə, Aşiqin axır gözü var, ol qədər nadan degil.

Tutma şeytani-rəcimin qövlünü, rəhmana uy Kim, uyan şeytana cindir, tabeyi-rəhman degil.

Eşqilə can yoxdur ol bimə’rifət heyvanda kim, Surətin nəqşində daim valehü heyran degil.

Ey Nəsimi, çün yəqin imanımış, iman yəqin, Hər şəhadət kim, yəqindən tışradır, iman degil.

______________________Milli Kitabxana_______________________

Lüğət: Cəhl – Cahillik; Mərəz – Xəstəlik; Şol – O; Kar – İş; Sevda – 1. Öd, 2. Məhəbbət; Yarın – Səhər; Fəqir – Yoxsul; Çəndan – O qədər; Qövl – Qohum

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.