Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana, Zərrəcə qət’i-məhəbbət etmədin, rəhmət sana!
Saxlama nəqdi-qəmi-eşqini, ey can, zahir et Kim, verim həbsi-bədəndən çıxmağa rüxsət sana.
Çareyi-behbudimi sordum müalicdən, dedi: Dərd, dərdi-eşqdir, mümkün degil sihhət sana.
Tutaram yarın qiyamətdə, həbibim, damənin, Məstsən qəflət şərabından, bu gün möhlət sana.
Eşq əhlin atəşi-hicranə eylərsən kəbab, Dönə-dönə imtəhan etdim, budur adət sana.
Incidir naləm səni, vəh nola gər bir tiğ ilə Çeşmi-cəlladın edə ehsan mənə, minnət sana.
Səndə dün gördüm, Füzuli, meyli-mehrabü nəmaz, Tərki-eşq etməkmi istərsən, nədir niyyət sana?
Lüğət: Müalic – əlac edən, təbib; Vəh – aydınlıq, aşkarlıq