Əsas məzmuna keç

Qəzəl

Gərçi dil seydinə, ey gül, xət ilə xalın var

Seyid Əzim Şirvani

1

Gərçi dil seydinə, ey gül, xət ilə xalın var, Leyk ondan bu gözəldir ki, gözəl halın var.

Genə kimlər ürəgin qan edəcəksən, ey məh, Bu rüxi-al ilə çıxmaqda bu gün alın var.

Çox baxırsan dəhəni-yarə, könül, yoxsa genə Məbhəsi-nükteyi-mövhumdə əşkalın var.

Zahida, sən ki, bilirsən özüvü hal əhli, Bir öz əhvalüvi bilməzsən, əcəb halın var.

Tut ki, ey mürği-dil, oldun bu qəfəsdən azad, Uçmağa cənnəti-kuyinə məgər balın var?

Açıram müshəfi, yüz dəfə, «əlif-lam» gəlir, Qamətü zülfdə, ey dil, nə gözəl falın var.

Seyyid, ol hurvəşin vəslin edərsən xahiş, Olmağa cənnətə şayistə nə əmalın var?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.