Gər öləndən sonra kuyin etsələr mədfən mənə
Gər öləndən sonra kuyin etsələr mədfən mənə, Qəbr əzabı verməz ol gülşəndəki məskən mənə.
Saqi, mey ver, qəmdən öz nəfsimlə çarpışmaq yetər, Göstərə rahi-nicati bəlkə mey məndən mənə.
Indi ki, dostum mənə risvalıq istər, çarə yox, Qoy olum risva, nə eylər təneyi-düşmən mənə.
Yanmasın ruhum necə könlüm odundan, etməmiş Üstüxan fanus tək guya dəmirdən tən mənə.
Məqsədim mənada Yusifdən mənim surət deyil, Mən nə Yəqubəm ki, versin zövq pirahən mənə.
Qorxmayır cövri-xəzandan, gör necə güllər gülür, Ağladır, matəm verir bu qəfləti-gülşən mənə.
Can bədəndən, ey Füzuli, çıxdı, xak oldu bədən, Eşqi oldu afəti-can, həm bəlayi-tən mənə.