Əsas məzmuna keç

Qəzəl

Gər mənimlən ol məhi-namehribanım söyləşə

Şah İsmayıl Xətai

1

Gər mənimlən ol məhi-namehribanım söyləşə, Xəstə cismimdə bu cani-natəvanım söyləşə.

Mən öləndən sonra qəbrim üstə gər əzm etsə yar, Qəbr içində dura anunlan imanım söyləşə.

Bu qərarı yox könül bilmən xaçan aram edə, Ya məgər bir gün mənimlən dilsitanım söyləşə.

Zəhri-hicran birlə dəxi taleyim təlx olmaya, Gər mənimlən bir gəz ol şirin zəbanım söyləşə.

Ğəmlü könlü bu Xətayinin cəhanda şad ola, Gər mənimlən bir gün ol ömri-cəvanım söyləşə.

Lüğət: Natəvan – gücsüz; Əzm – bir işə girişmək üçün edilən qəsd, qərar; Təlx – acı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.