Gər gözümdən almasa könlüm odu hər ləhzə ab
Gər gözümdən almasa könlüm odu hər ləhzə ab, Bu könül yanğısına etmək necə mümkündü tab?
Ayrıl, ey sayə, cəfayə çünki olmur tabın heç, Tez qaçarsan, gər qılınc çəksə mənə ol afitab.
Görməsin ol afitabi-hüsnünü sayəm deyə, Onların mən ortasında rəşkdən ollam hicab.
Yar günəş üzlü, mənim ahimsə atəş xərməni, Bu iki atəşdə, bilməm ki, nədən yanmaz niqab?
Qətlimə qəsd eylədi yarım, fəqət öldürmədi, Mən qan içrə çırpınırkən məndən eylər ictinab.
Mən bəla bəzmində şəməm, ol pəriçöhrə bir od, Getsə sönnəm, gər yaxın gəlsə, verər yüz iztirab.
Yaxdı ahım çərxi, o, qan daim uddurdu mənə, Qisməti qandır odun, hər yanda gər yansa kəbab.
Ey Füzuli, tiği-çərx öldürdü gözdə uyğunu, Mərdümi-çeşmim çəkir matəm libasında əzab.