Əsas məzmuna keç

Qəzəl

Gər bəyan edəm sana əsmayi-ruhəfzamızı

İmadəddin Nəsimi

1

Gər bəyan edəm sana əsmayi-ruhəfzamızı, Çün Məsiha seyr edərsən aləmi-balamızı.

Adəmi-xakidən əsma öyrənənlərdir mələk, Divin əsli od idi, öyrənmədi əsmamızı.

Andan əsma oxuduq, əsmayi-küll derlər bizə, Qəm degil div ər müsəlləm tutmasa də’vamızı.

Biz xəlifəzadəyiz, yer mülkümüzdür ta əbəd, Heçə dəyməz kimsədir, kim bilməsə mövlamızı.

Gəl sən andan elmi-əsma öyrən, ey dil, lacərəm, Aləm içrə gör müqabil bu tamam ə’zamızı.

İstivanın gərdişindən gər verirsən sən xəbər, Görəsən əşyada, bişək, qamu istivamızı.

İnşirahi-sədr hasil qılmayan Musa kimi, Kəsri-əlvah etmədi, görməz yədi-beyzamızı.

Tis’ə ayat atəşi Musavü lövhün sirrini Anlayım dersən, gəl oxu sən bizim turamızı.

Xeymeyi-mir’ati-Israfilü Isa hikmətin İstər isən gəl təvaf et məscidi-Əqsamızı.

Tə’n edərsə gər bizə nadanü ə’ma qəm degil, Divi-zahirbin nə bilsin sirri-napeydamızı.

Səcdə edənlər mələkdir adəmə, ey adəmi, Səcdə qıl ixlas ilə, ta görəsən simamızı.

______________________Milli Kitabxana_______________________

Kəştiyi-Nuha ki, hər kim girmədi, oldu həlak, Gər nicat istərsən, istə sən bizim dəryamızı.

Gəl səvadil-vəchini bil, fərdi-mütləqdir adı, Rövşən anla qabü qövseyn ilə öv-ədnamızı.

Nəfyi isbat əslidir, lakin nə assi, müddəi Lada qaldı, gəlmədi ta kim, görə illamızı.

Kafü nundur kainatın əsli, leyk kimsənin, Yox macalı oxuya əsma, görə əczamızı.

Anların kim, həq taala gözün açdı dünyada, Gördülər ə’lavü əsfəldə qədi-balamızı.

Ləzzətən lil-şaribin, xəmri-həqayiq içə gör, Ola ki, eyb etməyəsən şurü şər qovğamızı.

Aliməm dedin vəlakin cəhlin oldu aşikar, Gördülər cümlə xəlayiq mə’niyi-də’vamızı.

Nərrəşiri-bişeyi-tövhidi-sahibqüdrətəm, Tülkülər qaçan biləsidir bizim mə’vamızı?!

Sirri-əhlin gər mütəvvəldir, yetər tənbeh, əgər Anlar olursan bu rəmzin nükteyi-qərramızı.

Ey Nəsimi, çün Süleyman oldu quş dilin bilən, Qafa varıb görmək istərsən bizim ənqamızı.

______________________Milli Kitabxana_______________________

Lüğət: Əsma – Adlar; Müsəlləm – Mübahisəedilməz; Dil – Ürək; Lacərəm – Istər-istəməz; Əlbəttə;Buna görə; İstiva – Ekvator xətti; Yədi – beyza – Ağ əl; Mir – Ağa; Təvaf – Kəbənin başına dolanmaq; İxlas – Səmimilik; Rövşən – Işıqlı; Assi – Xeyir; Xəmr – Şərab; Cəhl – Cahillik; Tövhid – Birlik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.