Əsas məzmuna keç

Qəzəl

Genə əzm eylədi könlüm, gedər ol şahi-ə’layə

Şah İsmayıl Xətai

1

Genə əzm eylədi könlüm, gedər ol şahi-ə’layə, Vücudim eşqi məhv oldu səmək tək düşdü dəryayə.

Vücudim şəhrinə girdi, vilayət şahini gördi, İkilik qəl’əsin yıxdı, ulaşdı zati-yektayə.

Gəl, ey könlüm, səfər eylə, bu gün yövmi-hidayətdir, Cəhanü canı qoy, filcümlə, getsün külli yəğmayə.

Gözü yəğmaçılar gəldi, məni yəğmaladı külli, Əlimdən varlığım aldı, götürdü ani səhrayə.

Şəha, minnət! Şəha, minnət! Bu gün yövmül-hesab oldu, Maariflər hesab verdi, münafiq qaldı fərdayə.

Xətayi ta səni gördü, vücudun sərbəsər gəzdi, Çü şahın qulların gördü, yüzün xak etdi ol payə.

Lüğət: Əzm – bir işə girişmək üçün edilən qəsd, qərar; Gird – çevrə, dolanma; Yekta – yalnız, misilsiz; Filcümlə – sözün qısası, xülasə; Münafiq – günahkar, düşmən; Fərda – sabah; Sərbəsər – başdan-başa; Xak – torpaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.