Genə bir namə ilə yadə salıb yar məni
Genə bir namə ilə yadə salıb yar məni, Bəxt handan bu işə gördü səzavar məni.
Məni ol mahliqa yadına salmaz, bilirəm, Gündə bir müjdə ilə alladır əğyar məni.
Şəbi-hicran məni, ey mah, təmam etmiş idi, Saxlayıb zində belə vədeyi-didar məni.
Fərəhimdən ölərəm gər səni birdən görsəm, Gəlməgindən irəli eylə xəbərdar məni.
Dürri-göftari-dəhanınla edibdir xoşhal, Ey ləbin sədqəsi, yoxdan eləyən var məni.
Bülbüli-gülşəni-qüds idim, əzizi-dü cahan, Bir gül eşqində fələk eylədi gör xar məni.
Seyyid, əmmaməmi al başdan əyaği-meyə ver, Sərgiranəm tut əlim, eylə səbükbar mani.