Əsas məzmuna keç

Qəzəl

Ğəmindən gözlərim ümman degilmi?

Şah İsmayıl Xətai

1

Ğəmindən gözlərim ümman degilmi? Vüsalın can içində can degilmi?

Yazılmış xəttü xalın bimürəkkəb, Əcayib surəti-rəhman degilmi?

Əgər Tövrat, əgər İncilü Zəbur, Be hökmi-ənbiya fürqan degilmi?

Əgər dərviş, əgər mirü səlatin, Bu beş gün dünyada mehman degilmi?

Cəhanə eşq ilən üryan gələnlər, Gedəndə həm yenə üryan degilmi?

Bu günün fürsətin danlayə verən Yolunda cahilü nadan degilmi?

Gedənni xoş keçir, miskin Xətayi, Gələn dövran əcəb dövran degilmi?

Lüğət: Xətt – yanaq, yazı; Rəhman – şəfqətli, rəhmli; Ənbiya – nəbilər, peyğəmbərlər; Üryan – çılpaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.