Əsas məzmuna keç

Qəzəl

Gəlmişəm surət deyil, mənalə bu abadə mən

Məhəmmədəli Şəfai

2

Gəlmişəm surət deyil, mənalə bu abadə mən, Olmağa mənalılarla həmzəban, həmbadə mən.

Eylə ehsan, saqi, bu miskinə ver bir cami-mey Tapşırıldım çun sənə məzmuni-Zilqürbadə mən.

Mey məhəbbət nurudur, girmiş libasi-şişəyə, Görmədim bir öylə dilbər caməi-dibadə mən.

Mən içim, qoy içməsin zahid vəbal öz boynuna, Bu günah ilə görəydim kaş onu üqbadə mən.

O hələ cənnət deyib, cənnətdə Tuba axtarır, Cənnətim bağı-cahandır, nəxləi-Tuba də mən.

Olmasaydı məktəbi-meyxanədən dərsim mənim, Anlamazdım nə səfalər var rüxi-zibadə mən.

Eşqdəndir məndə bu məstanəlik, meydən deyil, Mey mənəm, peymanə mən, sağər də mən, səhba da mən.

Bülbüli gördüm oxur, şirin qəzəllər bağdə, Valeh oldum, Vahid onda verdim əqli badə mən.

Vacibi-təbriksən ey şairi-şirin süxən, Gəl öpüm şəkkər dəhanından, içim bir badə mən.

Saqi, sənsən nəzm bağı, sənsən ey baği kəlam, Badə lütf et, gəlmişəm indi mübarəkbadə mən.

Süfrədə hər nemət olsa ən lətifi badədir, Badəsiz dad görmədim bozbaşdə, nə şorbadə mən.

Nəqdi hardaydı, Şəfai, şairin alsın şərab, Dur gətir, bir şişəlik pul qoymuşam torbadə mən.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.