Gəlmək imkanım olardı kuyinə, qoymur rəqib
Gəlmək imkanım olardı kuyinə, qoymur rəqib, It hürüb fəryad edər hər yerdə görsə bir qərib.
Vəslə mayildir könül, ancaq çətin bir işdi bu, Süfreyi-vəsli onun dərd əhlinə olmaz nəsib.
Atəş olsaydı gülün şövqilə qəlbində əgər, Min qəfəs ahı odiylə yandırardı əndəlib.
Nəbzimi tutmuş müalic dərdimi təşxis edə, Dərdimin dərmanını tapmaz mənim əsla təbib.
Səltənət əhlilə, əlbəttə, o kəs kim, fəxr edər, Mümkün olmaz görməsin hər cür əziyyət ənqərib.
Gizlədir canım könüldən, gəh könül candan onu, Qalmaz ol gülçöhrə dilbər dəhr içində birəqib.
Vəsldən qeyri bu dərdli könlümün yox məqsədi, Müstəcab eylə duamı, ey olan zati nəcib!
Ey Füzuli, çox soruşma olmusan heyran kimə, Öylə heyran olmuşam, heç bilmirəm kimdir həbib.