Əsas məzmuna keç

Qəzəl

Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!

Məhəmməd Füzuli

1

Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın! Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!

Əzmi-bağ eyləmiş ol sərvi-rəvan, ey güllər, Zər nisar edə görün, cümlə yığılın, dərilin.

Götürün oxların, ey didələrim, topraqdan, Bu yarar nəsnələrin qədrini yaxşicə bilin.

Eyləmin, ey dilü can, xəncəri-müjganinə meyl, Bilirəm nolisər axir, gəlin ondan kəsilin.

Göz yaşı tiğiniz içün tökülür, ey xublar, Sizi ta etməyə rüsva, görünən dəmdə silin!

Düşdü od canimə, ey təndə olan peykanlar! Qızmadan mə’rəkə bir yanə ərinmin, çəkilin!

Ey Füzuli, qədimiz qıldı fələk xəm, yə’ni Vəqtdir çıxmağa dünya qapısından, əgilin.

Lüğət: Peykan – ox

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.