Gəlib fəğanə yenə bu yeganə bülbüllər
Gəlib fəğanə yenə bu yeganə bülbüllər, Gül eşqinə oxuyur, xoş təranə, bülbüllər.
Nəvasi nəğməi-Davud tək fərəh əfza, Sədası ruh verir, cismu canə, bülbüllər.
Gül üzlü nazlılar eşqində nalə etmək üçün, Çəməndə laləni etdi bəhanə, bülbüllər.
Səda-sədayə verüb, cümlə eşq mənasın, Çəkər nəva ilə şərhü bəyanə, bülbüllər.
Düşündürür o nəvalər dərindən insanı, Ucaldır eşq ələmin, asimanə, bülbüllər.
Məhəbbət ətri ilə müşkbar olub gülşən, Alıb qucağa gülü, aşiqanə, bülbüllər.
Nə qədr oldu fərəhbəxş gülsitanə çəmən, Əmin olmadı, badi-xəzanə, bülbüllər.
Odur bahar səfalı bu Azəristanı, Ediblər özlərinə aşiyanə, bülbüllər.
Xəzandan eyləmə qəflət Şəfai, mövsimi-gül Neçə ki, eyləmədi, bu yeganə bülbüllər.