Əsas məzmuna keç

Qəzəl

Gəlgil ki, nuri-didə cəmalındadır sənin

İmadəddin Nəsimi

1

Gəlgil ki, nuri-didə cəmalındadır sənin, Dövri-qəmərdə fitnə hilalındadır sənin.

Ağzın çü mim, zülfü qaşın nunü dal imiş, Könlüm həmişə mim ilə dalındadır sənin.

Zülmət içində çeşmeyi-heyvan imiş ləbin, Xızrın həyatı abi-zülalındadır sənin.

Afaqı dutdu işveyi-hüsnün məlahəti, Şol fitnədən ki, mərdümi-alındadır sənin.

Ta ruzi-həşr nuri-hidayətdir, ey sənəm, Müshəfi-ləmyəzəl ki, camalındadır sənin.

Xəttin hesabını bilən əhli-kəlama sor Şol ayətin ki, nöqteyi-xalındadır sənin.

Istər Nəsimi vəslini həqdən könül ilə, Onun muradü kamı vüsalındadır sənin.

Lüğət: Didə – Göz; Qəmər – Ay; Şol – O; Mərdüm – Xalq; Hidayət – Doğru yolda rəhbərlik; Müshəf – Kitab; Ləmyəzəl – Əbədi, ölməz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.