Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə
Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə, Gəlgil ləbin qəndin ilət, gül anların gülqəndinə.
Hər qanda kim, şərh eyləsəm şirin dodağın qəndini, Ərvah üşər sinək kimi ol dadlı şəkkərxəndinə.
Şəhla gözün məndən könül aldıvü and içər ki, bu Kəffarət olsun canü dil ol gerçəgin sövgəndinə.
Mişkin saçın məndən məni kəsdivü peyvənd eylədi, Təhsin anın təqtiinə, rəhmət anın peyvəndinə.
Zülf ilə qaşı qarədir, sərvi-xüraman dilbərin, Qaşlarına qurban olam, ya türreyi-dilbəndinə?
Ey vaiz, əbsəm ol, mana tamatını ərz eyləmə, Mən aşiq oldum, girməzəm hər qissəxanın pəndinə.
Ey eşqə inkar eyləyən, çunü çəravü çəndi qoy, Niçin düşərsən aşiqin çunü çəravü çəndinə?
Zülfü kəməndindən könül qurtulmaz ayruq şoylə bil, Sevdasinə bel bağlamış, həm göz qaratmış bəndinə.
Çün şəhriyarın şəhrinə bu gün Nəsimidir məlik, Buyruq anındır, hökm anın həm şəhrinə, həm kəndinə.
Lüğət: Müştaq – Həvəskar; Ərvah – Ruhlar; Sinək – Milçək; Dil – Ürək; Təhsin – Yaxşılaşdırma, bəyənmə; Əbsəm – Lal; Tamat – Boş sözlər, cəfəngiyyat; Ərz – Yer; Ayruq – Ayrı B; Məlik – Padşah