Əsas məzmuna keç

Qəzəl

Gələrkən kuyinə, gözdən ayaq mən binəva etdim

Məhəmməd Füzuli

1

Gələrkən kuyinə, gözdən ayaq mən binəva etdim, Yüyürdüm ol qədər kim, torpağından tutiya etdim.

Gecə getdim, qopardım dərd əlindən nalə kuyində, Səri-kuyindəki it incidi məndən, xəta etdim.

Vəfa gəlməz əlindən, sevgilim, bu səndə adətdir, Təmənna eylədim səndən vəfa, bil kim, cəfa etdim.

Gözəllər başıma ol qədr daş atmış ki, onlardan Yığıb, rüsvalığın mülkündə qəmxanə bina etdim.

Dünən bütxanəyə düşdü güzarım, hər yana baxdım, Səni gördüm, yıxıldım səcdəyə, şükri-xuda etdim.

Daha mehrü məhəbbət vəd edib, qoyma mənə minnət, Sənin eşqində mən öz munisim mehrü vəfa etdim.

Füzuli, yar ləbin zikr eylədim, əqlim zəbun oldu, Əcəb əfsun imiş, saldım yada, dəfi-bəla etdim.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.