Gəldi gül gülzarə, ömründə ona kam olmadı
Gəldi gül gülzarə, ömründə ona kam olmadı, Yüz tikan gördü yanında, canı aram olmadı.
Açdı bülbül dərdini yüz min fəğan ilə gülə, Keçdi gül dövrü, yenə gül bülbülə ram olmadı.
Bu necə bir mülkdür, gül dövrü keçdi, kimsəyə Burda bir mey məclisi, bir nəşə, bir cam olmadı.
Tikdi dövran bir lətafət xələti, əfsus ola Geyməyə bu xələti qabil güləndam olmadı.
Gec gəlib gül bağçaya, bilməm neçin tez köçdü o, Görmədi hörmət mənim tək, yoxsa ikram olmadı.
Gərdişindən mən necə çərxin şikayət etməyim, Halimə dövründə bir gün də sərəncam olmadı.
Söz bilənlər, ey Füzuli, qədrü qiymətdən düşüb, Ol səbəbdən kimsədə bir şöhrətü nam olmadı.