Gəldi bahar, gəlmədi ol gülüzarımız
Gəldi bahar, gəlmədi ol gülüzarımız, Ya rəb, görüm xəzanə dönə novbaharımız.
Saldı arayə təfriqə gülçini-ruzigar, Ol gül yanında qalmadı bir etibarımız.
Gül-gül dəyib sirişki-tərim, çeşmi-xunfəşan, Ey sərv, laləzarə dönübdür kənarımız.
Zənnim budur ki, həşrdə şahini sındıra, Səncidə olsa əcri-şəbi-intizarımız.
Biz bir qətar naqələrik dəşti-eşqdə, Lakin düşübdü nakəs əlinə məharımız.
Derlər ki, vermə ol məhi-bimehrə ixtiyar, Eylə bilillər əldə qalıb ixtiyarımız.
Gördü o tari-türreyi-pürpiçü pürxəmi, Seyyid, kəməndə düşdü dili-biqərarımız.